Spaceman

Yaşlı erməni Sarkisyana Azərbaycan dilində cavab verir

61 432
0
0
01:20

Опубликовано:

Ermənistanın Verdanis şəhərində Ermənistan prezidenti Serj Sarkisyan şəhər sakinləri ilə görüşərkən bir yaşlı kişi hamını təəccübləndirib.



Kağızda erməni dilində yazılmış mətni çətinliklə oxuyan kişi belə deyib: "İcazə verin, indi öz dilimdə danışmayım, ürəyimdən danışım" və Azərbaycan dilində aşağıdakı şeiri oxuyub:



"Sözüm, yerində bil qiymətdi

Yağış da bir nemətdi".



Yaşlı kişinin nitqini zalda oturanlar alqışla qarşılayıblar.



Sarkisyan isə kişinin bu sözünə zarafatla: "Deyəsən, köhnə dövrlər üçün darıxmısan?" - deyib.



Kişi Azərbaycan dilində dediyi şeiri erməni dilinə tərcümə etmək istəyəndə Sarkisyan deyib ki, lazım deyil.



"Yəqin, siz unutmusunuz ki, mən də başa düşürəm", - o əlavə edib.

Следующее видео